
Davamlılıq üzrə lider olmaq nə deməkdir?
PMI və GPM ortaq təşəbbüsü çərçivəsində tezliklə Davamlılıq Liderləri Proqramı istifadəyə veriləcək. Bu təşəbbüsün əsas məqsədi, davamlı inkişaf sahəsində məsuliyyət daşıyan və dəyişiklik yaradan mütəxəssisləri cəlb etməkdir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Davamlılıq lideri olmaq — sadəcə bir rol və ya vəzifə deyil, bu, məsuliyyətli yanaşma və dəyər əsaslı qərarvermə tərzidir. Çünki ekoloji və sosial dəyişikliklərin sürətləndiyi dövrdə bu tip liderliyə ehtiyac hər zamankından daha çoxdur.
Davamlılıq lideri olmaq aşağıdakı sualı daşımaq deməkdir: Bu layihə, bu qərar və ya bu təşkilat yalnız zərərin azaldılmasına deyil, bərpa və yenilənməyə necə töhfə verə bilər? Bu, daha yaxşı nəticələrin mümkün olduğuna inanmaq və bu nəticələr uğrunda çalışmaqdır — bəzən narahat edici, qeyri-populyar və ya qeyri-müəyyən olsa belə.
Bu yanaşma mükəmməlliyə deyil, şüurlu iştirakçılığa əsaslanır.
Davamlılıq lideri, “burada hər şey əvvəlki kimi davam edir” düşüncəsinin hökm sürdüyü mühitlərdə fərqli suallar verə bilən şəxsdir: “Bunu başqa cür etsək nə olar?” Bu, innovasiya ilə məsuliyyətin ziddiyyət təşkil etmədiyini, əksinə bir-birindən ayrılmaz olduğunu başa düşməkdir. “Daha az zərər” prinsipinin “daha çox sağalma” ilə eyni olmadığını qəbul etmək və hər layihənin, prosesin, əməkdaşlığın bərpa imkanı daşıdığını dərk etməkdir.
Bu liderlər dəyişiklik haqqında danışmaqla kifayətlənmirlər — onlar dəyişiklikdirlər. Onlar istər karbon emissiyaları, istərsə də insan hüquqları məsələlərini eyni dərəcədə anlayırlar. İqlim ədaləti ilə sosial bərabərliyin bir-birinə bağlı olduğunu tanıyırlar. Onlar inklüzivliyin yalnız “kimin masada oturduğu” ilə deyil, “o masa necə qurulduğu” ilə də bağlı olduğunu bilirlər.
Davamlılıq liderləri bu işin fərdi tərəfini də anlayırlar. Davamlılıq özünüdərkdən başlayır. Şəxsi resurslar tükənibsə, dəyərlər prioritetlərə çevrilməyibsə, transformativ dəyişikliklər etmək çətinləşir. Regenerativ liderlik — daxili ekosistemin qayğısına qalmaqla xarici sistemləri formalaşdırmaq deməkdir.
Bu yanaşma idealizm deyil, strateji baxışdır. Qlobal tədqiqatlara əsasən, dünya üzrə ÜDM-in 30%-dən çoxu layihələr vasitəsilə dövriyyə edir. Bu isə o deməkdir ki, layihə idarəçiliyi qlobal transformasiyanın əsas alətlərindən biri ola bilər. Hər bir layihə bioloji müxtəlifliyin bərpası, karbon emissiyalarının azaldılması, ədalətli satınalma, inklüziv işə qəbul və icma gücləndirilməsi üçün platformaya çevrilə bilər — yalnız belə dizayn olunarsa və biri bu dizaynı sahiblənərsə.
Özünə sual verməyə dəyər:
Bu liderlik yanaşması praktiki olaraq necə görünür? Aşağıdakı sualların mütəmadi olaraq verilməsi, liderlik yanaşmasını dəyərlərlə uzlaşdırmaq üçün faydalı ola bilər:
- Layihələrimiz ekosistemlərə, insanlara və mədəniyyətlərə daha yaxşı təsir göstərmək üçün dizayn olunurmu?
- Ölçdüyümüz göstəricilər həqiqətən vacib olanı əhatə edir, yoxsa yalnız ölçülməsi rahat olanları?
- Bu təşəbbüsdən kim faydalanır? Kim risk daşıyır? Kim səsini çatdıra bilmir?
- Bu layihə 10 ildən sonra, 100 ildən sonra nə ilə yadda qalacaq?
- Öz davranışımda hansı liderlik modelini nümayiş etdirirəm?
- Təsirimdən status-kvonu qorumaq üçünmü istifadə edirəm, yoxsa növbəti təkamülü dəvət etmək üçün?
- Bu “yaşıl” təşəbbüs real hesabatlılığa əsaslanır, yoxsa sadəcə PR məqsədi daşıyır?
- Burada uğurun necə tərifləndiyini formalaşdıran gizli güc və imtiyaz sistemləri hansılardır?
Bu suallar asan deyil. Lakin davamlılıq liderləri asayişi deyil, həqiqəti axtarırlar. Onlar bilirlər ki, vicdanlı sualların doğurduğu narahatlıq, səssiz razılaşmanın yaratdığı təhlükədən daha az zərərli ola bilər.
Yol xəritəsi
Davamlılıq Liderləri Proqramının istifadəyə verilməsi, sadəcə yeni bir təşəbbüs deyil — bu, mədəniyyət yaradan hərəkatın başlanğıcıdır. Burada məqsəd, müxtəlif sahələrdən olan, dəyərlərinə sadiq, cəsarətli və prinsipial mütəxəssislərin bir araya gəlməsidir.
Bu prosesdə iştirak etmək üçün adınızda “Davamlılıq” yazılması və ya mükəmməl olmanız tələb olunmur. Yeganə tələb — istək və hazır olmaqdır:
- Dəyərlərlə işi uyğunlaşdırmağa
- Daha dərin dinləməyə
- Sadəlik arzusuna baxmayaraq mürəkkəbliyi qorumağa
- Qısa deyil, uzunmüddətli nəticələr üçün qərar verməyə
Buna dünyanın ehtiyacı var: prinsiplərə əsaslanan, əlaqəyə dayanan, reaktiv deyil, yönəldici liderliyə. Proqram tezliklə təqdim olunacaq. Amma bu iş — artıq başlayıb. Dəvət açıqdır.
Bu çağırışa cavab verməyə hazırsınız?
Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun