
PMO iqlim dəyişikliyi ilə mübarizədə “Yatan bir Divdir”
Planet yavaş-yavaş, amma fasiləsiz şəkildə isinməkdədir. Biomüxtəliflik azalır, resurs zəncirləri qırılır. Bu mənzərəyə baxmayaraq, gələcəyi formalaşdıran layihələr hələ də köhnə üsullarla idarə olunur. Halbuki vəziyyəti dəyişmək gücünə malik əsas strukturlardan biri – Layihə İdarəetmə Ofisi (PMO) – çox az hallarda gündəmə gəlir.
Əgər iqlim böhranının həllində real nəticələr istənilirsə, PMO sadəcə texniki funksiya icra edən qurum deyil, dayanıqlığa əsaslanan strateji dəyişikliklərin aparıcısı olmalıdır.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
PMO-nun strateji əhəmiyyəti
Təşkilatların çoxu bu gün müəyyən dayanıqlıq hədəfləri müəyyənləşdirib. Amma bu hədəflər hələ də gündəlik iş proseslərinə tam inteqrasiya edilməyib. Halbuki layihələr strategiyanın reallığa çevrildiyi əsas vasitədir. PMO isə layihələrin seçilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi prosesinə rəhbərlik edir. Bu səbəbdən, iqlim riski, biomüxtəliflik və bərpaedici yanaşmaların tətbiqi məhz burada ya irəli çəkilir, ya da əngəllənir.
Lakin PMO-lar hələ də uyğunluğa nəzarət edən, riskdən çəkinən və büdcəyə fokuslanan qurumlar kimi dəyərləndirilir. Artıq bu yanaşma dəyişməlidir.
Yeni PMO yanaşması
PMO Global Alliance (PMOGA) tərəfindən hazırlanan təlimat sənədi PMO-nun daha çevik və dəyər yönümlü bir sistem kimi fəaliyyət göstərməsini təklif edir. Burada əsas vurğulanan məqamlar bunlardır:
- Nəticəyə fokuslanmaq
- Uyğunlaşa bilən idarəetmə
- Maraq tərəfləri üçün dəyər yaratmaq
- Sistem yanaşmasını tətbiq etmək
Bu prinsiplər dayanıqlığın layihələrə inteqrasiyası üçün əsasdır. Əgər bir təşkilat iqlim riskləri, sosial bərabərlik və ya bərpaedici inkişaf haqqında danışırsa, həmin dəyərlər məhz PMO vasitəsilə real işə çevrilməlidir.
PMO-nun mövcud potensialı
Effektiv fəaliyyət göstərən bir PMO artıq:
- Layihə portfelini formalaşdırır
- Qəbul meyarlarını müəyyənləşdirir
- Standartlar və hesabat sistemləri qurur
- Departamentlərarası əməkdaşlığı dəstəkləyir
- Risk və keyfiyyət göstəricilərini izləyir
Bu imkanlar dayanıqlığın layihələrə əsas filtr kimi tətbiqi üçün yetərlidir. Məsələn, dayanıqlığa uyğun PMO aşağıdakılara nail ola bilər:
- Aşağı karbon təsirli və yüksək dəyərli layihələrin seçilməsi
- Ətraf mühit və sosial təsir qiymətləndirmələrinin məcburi olması
- Məsuliyyətli satınalma və resurs istifadəsi prinsiplərinin tətbiqi
- Layihələrin KPI-lərinə biomüxtəliflik və sosial bərabərlik göstəricilərinin daxil edilməsi
- Layihə rəhbərlərinin bərpaedici yanaşmalar üzrə hazırlıq alması
Qlobal uyğunluq və yeni tələblər
Yeni Avropa normativləri (CSRD və CSDDD) artıq şirkətlərin təkcə fəaliyyətlərini deyil, layihə və təchizat zəncirlərinin dayanıqlıq performansını da açıqlamasını tələb edir. PMO burada mühüm rol oynaya bilər:
- Layihə səviyyəsində məsuliyyətli yanaşmanın təmin olunması
- Hesabatların beynəlxalq çərçivələrlə uyğunlaşdırılması (məs., GRI, CSRD)
İnteqrasiya olunmuş məlumatlarla ikili materiallıq analizinin aparılması
- Hesabatla icra arasında əlaqənin qurulması
Başqa sözlə, PMO uyğunluqdan əməliyyatadək keçidi təmin edən əsas halqadır.
Dayanıqlıq – Performans məsələsidir
Bəzən dayanıqlıq əlavə yük və ya xərcli tələblər kimi görülür. Amma əslində bu, layihə performansını artıran amildir. Ekosistemə təsiri nəzərə alınan layihələr zamanla öz risklərini azaldır, ictimai dəstəyi qazanır, maliyyə cəlbediciliyini artırır və uzunmüddətli fayda gətirir.
PMO isə performansın qoruyucusudur. Bu səbəbdən dayanıqlıq, vaxt–maliyyət–həcm üçbucağından daha önəmlidir.
Bərpaedici PMO modeli
PMO struktur deyil – bir idarəetmə fəlsəfəsidir. Bərpaedici yanaşmaya malik bir PMO:
- Zərərin azaldılmasını yox, müsbət təsiri hədəfləyir
- Tək layihə nəticələrini deyil, sistemə təsiri ölçür
- Kompleksliklə başa çıxmaq üçün çevik idarəetməyə üstünlük verir
- Strategiya, dayanıqlıq və icra arasında körpü rolunu oynayır
Bəzi qabaqcıl təşkilatlar (məs., GPM P5 Standartı, PRiSM metodologiyası ilə) artıq bu modelə keçid edib və göstərir ki, dayanıqlıq səmərəliliyə mane olmur – əksinə, onu dəstəkləyir.
Nəticə: Gələcək PMO-nun əlindədir
Əgər PMO dayanıqlıq prinsiplərinə uyğunlaşmırsa, bu, artıq neytral mövqe deyil – bu, strateji zəiflikdir. Belə PMO:
- Ekoloji və sosial məqsədləri poza bilər
- Hüquqi tələbləri qarşılamaya bilər
- Səthi performans göstəriciləri ilə real transformasiyaya mane ola bilər
- Yeni dövrün tələblərinə cavab verə bilməyərək əhəmiyyətini itirə bilər
Gələcək illər, iqlim təsirlərinin azaldılması və sistemlərin yenidən qurulması baxımından həlledici olacaq. Bu transformasiyanın uğuru isə layihələrlə ölçüləcək. Həmin layihələrin istiqamətini isə PMO müəyyən edəcək.
Bu, yalnız texniki məsələ deyil – strateji və mənəvi bir fürsətdir.
Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun