2025-ci ilin böyük uğuru - Dayanıqlı inkişaf və Dayanıqlı layihə menecmenti

Bu il PMO.az Layihə Düşüncə Məktəbi üçün xüsusi oldu. Biz 2025-ci ili təkcə yeni layihələrlə deyil, həm də beynəlxalq səviyyədə tanınan real nəticələrlə başa vurduq. 
Ən böyük qürur mənbələrindən biri isə Moskvada keçirilən GPM Awards 2025-də qazandığımız mükafat oldu. Bu, bizim üçün sadəcə bir status deyil, bu, bölgədə dayanıqlı layihə menecmentinin inkişafına etdiyimiz töhfənin təsdiqidir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Və hər şey insanlar ilə başlayır.
Bu səbəbdən ilk olaraq Medina-nin adını çəkmək istəyirəm. O, çox qısa müddətdə inanılmaz həcmlərdə iş gördü – dəqiqlik, məsuliyyət və yüksək peşəkarlıqla. Bu onun ilk peşəkar beynəlxalq səfəri idi və belə bir səfərdə beynəlxalq səviyyədə tanınmaq zənnimcə gənc mütəxəssis üçün misilsiz motivasiyadır. Onun uğuru bizim komanda ruhumuzun gücünün ən real sübutudur.

Şəxsən mənim üçün isə bu mükafatlar daxilimdəki səssiz qələbələrin təsdiqidir.
O qələbələr ki, sən ideyaları irəli aparırsan, tanıdılmasını təmin edirsən, heç kim görməyəndə belə dəyər yaradırsan… və bunu kimdənsə təsdiq gözlədiyin üçün yox, prosesin özündən zövq aldığın üçün edirsən.
Bu mükafat məhz o səssiz, amma davamlı zəhmətin nəticəsidir.

2025-ci ildə biz regional miqyasda dayanıqlı layihə idarəçiliyini bir addım da irəli apardıq, GPM360 çərçivəsində yeni layihələr həyata keçirdik, təşkilatlarda yeni düşüncə formalaşdırdıq və bu sahədə real dəyişikliklərə təkan verdik.
Və ən əsası 2026-cı ildə daha böyük layihələr, daha böyük məsuliyyətlər və daha böyük uğurlar üçün hazırıq.
Bu yolda birlikdə olduğumuz hər kəsə təşəkkür edirəm.
Biz davam edirik zövqlə, inamla və dayanıqlı dəyərlərlə.