Azərbaycanda ilk dəfə olaraq elektromobil festivalı keçirilir

İyulun 7-də Azərbaycan Avtomobil Federasiyasının (AFA) təşkilatçılığı ilə Bakıda elektromobillər festivalı keçiriləcək. Bu tədbir Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində və COP29 ərəfəsində təşkil olunur.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Tədbirin məqsədi ekoloji cəhətdən təmiz avtomobilləri təbliğ etmək və onların üstünlüklərini nümayiş etdirməkdir.

Yaşıl nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq və onların faydalarını ictimaiyyətə çatdırmaq üçün əla fürsət yaradacaq festival Ağ Şəhərdə başlayacaq. Planetimizə zərər verməyən nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənəcək.

Festivalın məqsədi elektriklə işləyən avtomobil həvəskarları ilə yanaşı, elektriklə işləyən nəqliyyat vasitələrinə şübhəsi olan insanları bir araya gətirərək, yaşıl bir mühitdə yaşamaq üçün elektrikli nəqliyyat vasitələrinin əhəmiyyətini göstərməkdir.

Nəzərə alın ki, elektrik avtomobilləri atmosferə karbon qazı (CO2) və digər zərərli qazların buraxılmasının qarşısını alaraq sıfır emissiya ilə işləyir.

Bu, təkcə iqlim dəyişikliyi ilə mübarizəyə deyil, həm də havanın keyfiyyətini yaxşılaşdırmaqla insan sağlamlığına töhfə verir.

Əgər sizdə “Layihələrin idarə edilməsi”ni öyrənmək istəyirsinizsə bu linkdən ətraflı məlumat ala bilərsiniz

İstər ekologiya, istərsə də mədəniyyət sahəsində böyük əhəmiyyət kəsb edən festivalda musiqili proqram təqdim olunacaq, müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.