🌿 Həyəcanverici əməkdaşlıq elanı! 🌿

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Bonega Consulting və PMO.az arasında yeni əməkdaşlığı elan etməkdən məmnunluq duyuruq!
Bonega Consulting, ISO standartları üzrə konsaltinq, təlim və bizneslərə unikal yanaşma ilə dayanıqlılıq üzrə müxtəlif xidmətlər təqdim edir.
PMO.az Azərbaycanda layihələrin idarə edilməsi təcrübələrini inkişaf etdirməyə, layihənin idarə edilməsi bacarıqlarını və biliklərini artırmaq, layihələrdə dayanıqlılığı təmin etmək üçün təlim və xidmətlər təklif etməyə həsr olunub.
Artıq birgə olaraq Dayanıqlı İnkişaf və Dayanıqlı Layihə Menecmentinə yönəlmiş bir sıra təlim proqramlarına start veririk. Təlim çərçivəsində Bonega Consulting Dayanıqlı İnkişaf Məqsədləri və Müvafiq Standartlara üzrə fundamental bilikləri, PMO.az isə Dayanıqlı Layihə Menecmenti üzrə icmalı təqdim edəcək.
Bizim tərəfdaşlığımızın məqsədi uğurlu, dayanıqlı və ekoloji cəhətdən məsuliyyətli layihələrə rəhbərlik etmək üçün peşəkarları müvafiq bacarıq və biliklərlə təmin etməkdir.
Sizi daha yaşıl gələcəyə doğru səyahətimizin bir hissəsi olmağa dəvət edirik! 🌍✨