İlk məzunlarımızı beynəlxalq GPM-b™ sertifikatı alması münasibətilə təbrik edirik!

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Dəyərli iştirakçılarımız layihələrin dayanıqlı menecmenti sahəsində praktikada tətbiqi məqsədilə biliklərə yiyələnib və sertifikat imtahanı çərçivəsində öz bacarıqlarını təsdiq ediblər. Hər bir iştirakçınımızın beynəlxalq GPM-b™ sertifikatı alması münasibətilə təbrik edirik!
Dəyərli məzunlarımız təlim haqqında fikirlərini sizlərlə bölüşürlər:

Elmir Məmmədli
“ESDGoals” MMC-nin təsisçisi və direktoru.
Təlim maraqlı idi, xüsusilədə 5P stantartı üzrə praktiki fəaliyyətlərlə işləmək çox şey qatır insana!

İlkin Adıgözəlov
SLB, M&S Scheduler
PMO.az layihə düşüncə məktəbi tərəfindən təşkil olunan GPM-b təlimində iştirak edərək, təlim sonunda “Dayanlıqlı Layihə Meneceri” sertifikatını əldə etdim. Təlim zamanı layihələrin yazılması və icrası zamanı diqqət etməmiz gərəkən məqamlara geniş bir şəkildə toxunulmuşdur.
Belə ki, sürətlə dəyişən dünyamızda, layihələrin uğurluluq prinsipinə baxışın da dəyişdiyini müşahidə edirik. Artıq, layihələrin daha çox sosial və ətraf mühitə, insan sağlamlığına olan mənfi təsirlərin aradan qaldırılmasına yönəldiyini qeyd edə bilərik. Bu yanaşmanı tətbiq etməklə, layihə menecerləri nəinki layihələrin keyfiyyətini və təsirini yüksəltmiş olacaqlar, eyni zamanda biznes məqsədlərinin planetimizin rifahı ilə balanslaşdırılmasına nail olacaqlar.

Məmməd Hüseynov
Baş Müəllim
Bakı Mühəndislik Universiteti
GPM təlimi Dayanıqlı Layihənin idarə edilməsində hərtərəfli zəmin yaratdı. Layihə nəticələrinin ətraf mühitə və sosial təsirlərə tarazlaşdırılmasına dair praktik bilik və təcrübə əldə etdim. Bu bilik və təcrübə məni uzunmüddətli dəyər yaradan layihələrə tətbiq etmək üçün dəyərli alətlərlə təchiz etdi.

Elnara Əliyeva
Təlim zamanı istifadə etdiyimiz material və müəllimlərin izahları mükəmməl idi. İzahları ilə iştirakçıları fəal müzakirələrə cəlb edirdilər. Mühit çox fəal və mehriban idi bu da fikir mübadiləsinin açıq olmasına kömək edirdi.
Ümumiyyətlə təlim təcrübəm çox müsbət oldu və hər kəsə məmnuniyyətlə tövsiyə edirəm.