Green Project Management beynəlxalq təşkilatı bu gün bütün dünyada innovativ həllər təqdim edərək dayanıqlı layihələrin menecmenti sahəsində liderdir.

GPM fəlsəfəsinin mərkəzində layihənin idarə edilməsinin son tarixlərə və büdcələrin qarşılanmasına dair ənənəvi ölçülərdən kənara çıxdığına inam dayanır. Dayanıqlı layihələrin idarə edilməsi üçün beynəlxalq standart GPM P5™ dayanıqlıq prinsiplərini layihənin idarə edilməsinin hər bir aspektinə birləşdirən və bununla da ətraf mühitə nəzarəti, sosial rifahı və biznes dəyərini yaxşılaşdıran yeni bir vasitədir.

CBS-də yayımlanmaq üçün TBD Media Group tərəfindən hazırlanmış, GPM Global-ın novator və qabaqcıl kimi müstəsna səyahətini sənədləşdirən cəlbedici film təqdim olunur.

Biz GPM Global şirkətinin Azərbaycan Respublikasında yegənə akkreditə olunmuş təlim tərəfdaşı kimi müstəsna hüququmuzdan istifadə etməkdən məmnunuq və filmi sizlərə təqdim edirik.

Xoş izləmələr