Layihələrinizdə GPM P5™ tətbiqinin 5 yolu
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Bu gün bizə tez-tez verilən suallardan birinə cavab veririk: “GPM P5™ standartını öz layihələrimdə necə tətbiq edə bilərəm?”. Ən azı 5 üsul var. Hər bir cavab, davamlı layihə idarəetmə təcrübələrini tətbiq edərək mühüm üstünlüklər əldə etmiş əməkdaşlıq təcrübəmizə əsaslanır.
İnvestisiya layihələri portfelinin formalaşdırılması zamanı. Hazırlanmış layihələr GPM P5™ standartı üzrə analizdən keçirilir və yalnız davamlı olanlar seçilir, bizim halda isə ümumi təsir balı 5 ballıq şkala üzrə 3 və daha yüksək bal alanlar seçilir.
Layihə məhsulunun xüsusiyyətlərinin yaxşılaşdırılması. Layihə məhsulunu GPM P5™ standartı üzrə analiz etdikdən sonra, siz məhsulunuzun yeni faydalı xüsusiyyətlərini tapa və onun dəyərini və yeniliyini əhəmiyyətli dərəcədə artıra bilərsiniz.
Risklərin idarə edilməsi. Layihənin GPM P5™ standartı üzrə təhlili vasitəsilə risklərin idarə edilməsi üçün qabaqlayıcı tədbirlərin hazırlanması. Məsələn, tədarükçülərinizin GPM P5™ standartını tətbiq etməsi və aktiv şəkildə istifadə etməsi sayəsində nüfuz risklərini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.
Layihə kuratorunun (sponsorunun) cəlb edilməsi. Layihəni GPM P5™ standartı üzrə qiymətləndirərək layihənizi kurator və layihə komitəsinin üzvləri qarşısında uğurla təqdim edə bilərsiniz. Bu, büdcə və maliyyə resurslarının planlaşdırılması prosesində məhz sizin layihəyə resursların ayrılmasına kömək edə bilər.
Tenderdə qalib gəlmək və sifariş almaq. Layihəni GPM P5™ standartı üzrə qiymətləndirərək tenderə elə bir təklif verə bilərsiniz ki, bu, rəqiblərinizin təkliflərindən fərqlənəcək, çünki siz layihənizin ətraf mühitə ehtiyatlı yanaşması, yerli iqtisadiyyata müsbət təsiri və əlavə sosial faydalarını göstərə biləcəksiniz.
Oksana Klimenko, 2024
Original məqalə üçün: PM Allience – https://pmalliance.ru/2024/09/04/pyat-sposobov-primeneniya-standarta-gpm-p5/
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun