Bu, layihənin idarə edilməsi və dayanıqlı inkişaf üzrə balanslaşdırılmış kursdur. 70% təcrübə və 30% nəzəriyyə, proqramı bitirdikdən dərhal sonra layihələrinizdə istifadə edə biləcəyiniz faydalı alətlər.

Proqramda iştirakçılar dayanıqlı inkişaf prinsiplərini öyrənəcək, dəyəri maksimuma çatdırmaq üçün təşkilatın fəaliyyətlərində tətbiq etmək məqsədi ilə dayanıqlı layihələrin idarə edilməsi sahəsində vacib təcrübələr haqqında bilik əldə edəcəklər.

İştirakçılar layihələrin uğurunu təmin etmək üsullarını öyrənəcəklər: proseslər, risklər və imkanlar, layihə başa çatdıqdan sonra sosial, ekoloji və iqtisadi aspektlərə təsirin qiymətləndirilməsi.

Kursu bitirdikdən sonra hər bir iştirakçı, arzu edərsə, öz səriştəsini təsdiq edə və 75 sualdan (təlimi bitirməyənlər üçün 125 sual) testdən keçə və GPMb™ dərəcəsi layihənin dayanıqlıq idarə olunması üzrə beynəlxalq sertifikat əldə edə biləcək.

Müddət: 2 gün (16 saat). Kurs haqqında ətraflı məlumatı linkə daxil olaraq öyrənə bilərsiniz.