Niyə dayanıqlılığa yönəlmiş layihə menecmenti irəliyə doğru yeganə yoldur?
İstehlakçıların, maraqlı tərəflərin və investorların ekoloji cəhətdən təmiz və sosial şüurlu məhsul və xidmətlərə tələbatın artması ilə son iki onillikdə təşkilatlar üçün reputasiya riski daha da mürəkkəbləşib.
GRI və BMT-nin Qlobal Sazişindən qeyri-maliyyə hesabatları üçün rəhbər çərçivələr dayanaqlılığı icraçıların diqqət mərkəzində qoyub və qeyri-maliyyə hesabatlarının artması daha çox qanuna çevrilir.
İnteqrasiya edilmiş hesabat müzakirəsi təşkilatları rahatlıq zonalarından kənara çıxarır, çünki onlar nəyin maddi və nəyin maddi olmadığını başa düşməyə çalışırlar. İnvestorlar əməliyyatlarda və təchizat zəncirlərində dayanıqlılığa diqqət yetirmək üçün mənfəət və zərərdən əlavə gözlənilən performansı, uzunmüddətli strategiyanı və hazırda qəbul edilmiş hesabat təcrübələrini başa düşməlidirlər ki, bu da kifayət deyil.
Tədqiqatlar göstərir ki, layihə işləri təqribən 23 trilyon ABŞ dolları (qlobal ÜDM-in 30%-i) təşkil edir və beləliklə, layihənin dayanıqlılığına diqqət artmağa başlayıb.
2015 ildə BMT-nin Qlobal Sazişinin təsisçi İcraçı Direktoru Georg Kell plenar sessiyası zamanı demişdir: “Mən zəmanət verirəm ki, dörd il ərzində bazar daxildən dəyişəcək, çünki dayanıqlılıq və onun reallığı transformasiyaedici qüvvəyə çevrilir.
…nəhayət, aktivlərin menecerləri dayanıqlılığın öz bəhrəsini verdiyini gəbul edirlər. Uzunmüddətli maliyyə uğuru yalnız o zaman təmin oluna bilər ki, şirkətlər idarəetmə, sosial davranış və ətraf mühitə nəzarətdə də yaxşı olsunlar.
Bu üç sütundan hər hansı birində uğursuzluğun baş verməsi şirkətlərin zamanla uğurunu davam etdirməsini və ya uğur qazanmasını qeyri-mümkün edəcək”.
Bu dəyişiklik altı əsas biznes səbəbinə görə vacibdir.
• Dayanıqlılıq layihələri seçərkən və prioritetləşdirərkən qərar qəbulunda əsas amillər rolunu oynayacaq
• İdarəetmə yanaşmaları dayanıqlı təcrübələrin həyata keçirilməsi ilə tamamlanır.
• Layihənin icrası artıq yalnız layihənin büdcə daxilində olub-olmaması, əhatə dairəsinə uyğun olması və vaxtında tamamlanmasına əsaslanmayacaq.
• Brend nöqteyi-nəzərindən risklərin idarə edilməsi məhsulun həyat dövrünə daha çox təsir edəcək
• Təşkilatların bazarda fərqlənmə qabiliyyəti, layihənin həyat dövrünü hesabat tənliyinə daxil etməklə məhsul və xidmətləri dayanıqlı şəkildə çatdırmaq qabiliyyətindən asılı olacaq.
Millenniallar
Biznes istəsə də, istəməsə də dəyişəcək.
Biznesin gələcək uğuruna gəldikdə, bütün dünyada millenialların təsirindən daha mübahisəli mövzu yoxdur.
Bu nəsil dünyanın üzləşdiyi çətinlikləri tam dərk edir, onların öhdəsindən gəlmək üçün qeyri-adi zehniyyətə malikdir və bunun çox böyük dəyəri var. Onlar istehlakçıların satın alma gücünün 21%-ni təşkil edir və hazırda işçi qüvvəsinin ən böyük faizini təşkil edir.
Millennial Branding və Elance-oDesk tərəfindən 2015-ci ildə aparılan bir araşdırma, işə götürən menecerlərin 53%-ı iddia edir ki, millenial işçilərin 58%-i üç il və ya daha az müddətdə işlərini tərk etməyi gözlədiyi üçün millenial işçilərini tapmaq və saxlamaq çətindir. Bu, təəccüblü deyil, çünki dayanıqlı brendlər tərəfindən aparılan araşdırmalar göstərir ki, milleniallar 80%-i öz təsirlərinə əhəmiyyət verən şirkətlər üçün işləmək istəyir. Şəffaflığı ən yüksək keyfiyyətlərdən biri hesab edirlər, güclü tərəflərini istifadə edəcək layihələrə cəlb olunurlar və birgə komanda yanaşmasına üstünlük verirlər.
Təşkilatlar öz yanaşmalarını bu tənliyin mərkəzi hissəsi kimi dayanıqlılığı olan layihələrə uyğunlaşdırmasalar, onlar uzunmüddətli uğur üçün investorların tələblərindən narahat olmaya bilərlər, çünki investorlar artıq mövcud olmayacaqlar.
• Joel Carboni, 2015
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun.