Səs-küy arasında: Dayanıqlı Layihə Menecmenti nədir?
Ətrafda çox səs-küy var. Gəlin hər şeyi aydınlaşdıraq
İnformasiyanın işıq sürəti ilə yayıldığı və dayanıqlı layihə menecmentinin sürətlə populyarlıq qazandığı bir əsrdə fikir bizim ən dəyərli müttəfiqimiz oldu. Bu tendensiyaya artan maraqla Agile-in son on ildə yaşadığı eyni tələlərə düşməmək üçün onun prinsiplərini aydın və dəqiq şəkildə çatdırmaq məsuliyyəti bizə düşür.
Yanlış məlumat, dayanıqlı layihə menecmentinin əslində nə olduğunu başa düşməyə manə olan, çağırılmamış qonağa çevrildi. Dayanıqlı layihələrin idarə edilməsi sadəcə dəb və ya keçmiş tendensiya deyil, zəmanəmizin aktual ekoloji, sosial və iqtisadi problemlərini həll etmək üçün kritik strategiyadır. Onun yayılması artdıqca, bunun həqiqətən nə demək olduğunu başa düşmək və inkişafına mane ola biləcək mifləri və yanlış fikirləri aradan qaldırmaq vacibdir.
Dayanıqlı layihə menecmenti nədir?
Dayanıqlı layihənin menecmenti (DLM) layihənin bütün ömrü boyu ətraf mühitə, sosial və iqtisadi təsirləri qiymətləndirən, idarə edən, onun nəticələrinin və xidmət müddətinin dayanıqlılığını təmin edən bir yanaşmadır. DLM, planetimiz də daxil olmaqla, iştirak edən hər kəs üçün layihənin dəyərini artıraraq ənənəvi maliyyə qazanc məqsədindən kənara çıxır. Dayanıqlı layihə menecmenti təkcə “yaşıl” olmaqdan ibarət deyil. Söhbət layihənin əvvəlindən sonuna kimi uzunmüddətli təsirləri və faydaları nəzərdən keçirməklə, necə və nə etdiyimizə, layihə fəaliyyətlərinin dayanlqlılığa təsirinə xüsusi diqqət yetirməklə bağlıdır. Tək bir layihə üçün dayanıqlılığa təsirin qiymətləndirilməsi 240-dan çox unikal və ölçülə bilən parametrləri əhatə edir! GPM saytındakı təsvirdə deyilir:
“Yaşıl/dayanıqlı layihə menecmenti müsbət ekoloji, sosial və iqtisadi təsirin təmin edilməsi üçün layihənin bütün həyat dövrünü nəzərə alaraq müəyyən məqsədə nail olmaq üçün metodların, alətlərin və texnologiyaların tətbiqidir.”
Bununla belə, dayanıqlı layihə menecmentinin əslində nə olduğu barədə tez-tez anlaşılmazlıq olur. Bir çox insanlar səhvən inanırlar ki, söhbət yalnız “yaşıl” təşəbbüslərdən gedir, bu, sadəcə olaraq mənfəəti artırmaq və ya layihə sahibi üçün dayanıqlı nəsə yaratmaq üçün bir yoldur. Bu doğru deyil! Əslində hər şey daha çoxşaxəlidir. DLM-in məqsədi resurslardan səmərəli istifadəni, sosial ədaləti və iqtisadi rifahı tarazlaşdırmaqdır.
Dayanıqlı layihə menecmenti niyə bu qədər vacibdir? Sizə dörd əsas səbəb təqdim edirik:
Etik Məsuliyyət: Dayanıqlı layihə menecmentinin həyata keçirilməsi təşkilatlar üçün təbii olaraq düzgün seçimdir. DLM-in tətbiqi korporativ təcrübələri daha geniş qlobal dayanıqlıq gündəliyi ilə uyğunlaşdıraraq ətraf mühitə nəzarət, sosial məsuliyyət və etik idarəetmə öhdəliyini əks etdirir.
Dayanıqlı layihə menecmenti Dayanıqlı İnkişaf Məqsədlərinin həll etməyi hədəflədiyi əsas problemlərin həllində mühüm rol oynayır. Bu strateji yanaşma sistem dəyişikliyini hədəfləmək və universal məqsədlərə nail olmağa töhfə vermək üçün səthi tədbirlərdən kənara çıxır.
İqtisadi faydalar: DLM-in tətbiqi gəlirliliyin artmasına və riskin azalmasına səbəb ola bilər. O, potensial ekoloji, sosial risklərin müəyyən edilməsi və azaldılması, bununla da brendin reputasiyasının, dəyərinin qorunması və artırılması üçün çərçivə təmin edir.
Dayanıqlılıq Hesabatına və ESG Açıqlanmasına Ehtiyac: Dayanıqlı layihə menecmentinin həyata keçirilməsi təşkilatları hərtərəfli dayanıqlılıq hesabatı və ESG açıqlamasını hazırlamaq üçün lazım olan kritik məlumatlarla təmin edir. Bu geniş məlumatların toplanması və təhlili üçün mexanizmlərə malik olmayan ənənəvi layihə idarəetmə metodları ilə müqayisədə əhəmiyyətli bir üstünlükdür. Dezinformasiyanın geniş təsirini başa düşmək lazımdır
Rəqəmsal əsrdə daimi təhlükə olan dezinformasiya, xüsusilə dayanıqlı layihə menecmenti kimi mürəkkəb sahələrdə ictimai qavrayışı və qərar qəbulunu təhrif edə bilər. Hər kəsin səsinin eşidildiyi bugünkü dünyada fikirlər çox vaxt fakt kimi ötürülür, bloqlarda və sosial mediada yazılar və məqalələr nəzarətsiz və həyəcan verici sürətlə yayılır.
Və nəticə nədir? İnternetdə dərc olunan rəy bir “like” ilə gücləndirilə və suni həqiqətə çevrilə bilər. Bu fenomen dayanıqlı inkişaf sahəsində güclənir, burada mübahisələr çox vaxt faktları əvəz edir. Bu cür “viral” fikirlər həqiqi ekspertlərin mürəkkəb, diqqətlə araşdırılmış ideyalarına kölgə salaraq etibarlılıq görüntüsü yaradır.
Bir sıra “ekspert” rəyləri arasında, həqiqi bilik və təsdiqlənmiş təcrübə mənbələrinə müraciət etmək çox vacibdir. GPM Global beynəlxalq təşkilatı dayanıqlı layihə menecmenti sahəsində liderdir. PRiSM (Projects Integrating Sustainable Methods) metodologiyasının və dayanıqlı layihə menecmenti üçün P5 standartının tərtibatçıları kimi GPM Global, dayanıqlılığı layihələrin idarə edilməsi təcrübələrinə inteqrasiya edərkən bütün dünya üzrə peşəkarların və təşkilatların etibar etdiyi güclü təməl yaratmışdır.
Yanlış məlumatların yayılmasına qarşı mübarizədə bizim ümumi səylərimiz tədqiqata, təcrübəyə və dayanıqlı inkişafın çoxşaxəli çağırışlarını və həll yollarını dərindən dərk etməyə əsaslanan mənbələrə qayıtmağa yönəlməlidir. GPM Global kimi mötəbər təşkilatların nəticələrinə əsaslanaraq, biz dayanıqlı layihə menecmenti anlayışının bütövlüyünü müdafiə edirik və tərəfdaşlarımızın sağlam təcrübədən xəbərdar olmasını təmin edirik.
Buna görə də, dayanıqlı layihə menecmentinin tərəfdarları olaraq, biz daha yüksək kommunikasiya standartlarına riayət etməliyik. Faktın uydurmadan üstün olduğu və DLM sahəsində davamlı və mənalı irəliləyişin əldə olunduğu bir ekosistem yaradaraq sual verməli, sınaqdan keçirməli və istinad etməliyik. Biz gecə-gündüz danışanların söhbətinə deyil, əsl ekspertlərin səsinə dəyər verməklə özümüzə məlumatlı, etibarlı və effektiv qərarlar qəbul etmək imkanı veririk.
• Joel Carboni, 2023
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun